Elchi.az xəbər verir ki,Polşanın baş naziri Mateuş Moravetski ölkədə NATO-nun logistika arxası yaradılacağını bildirib. Onun sözlərinə görə, ölkənin hərbi anbarlarına alyansın minlərlə hərbi texnikası daxil olacaq.
“Bir neçə min NATO hərbi texnikası Povidziedə və Polşanın bəzi digər yerlərində saxlanılacaq. Bunlar NATO-nun şərq cinahını tez bir zamanda aktivləşdirəcək tanklar, piyadaların döyüş maşınları, müxtəlif növ silahlardır”, – nazir bildirib.
Nuranə




