Dünya şöhrətli müğənni-aktrisa Cennifer Lopez onu transseksuallarla aldadan rəqqas sevgilisi Kasper Smartı bağışlayıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 45 yaşlı Cey Lo Yeni ili Las-Veqasda özündən 18 yaş kiçik sevgilisi ilə qarşılayıb. İfaçının orada verdiyi konsert zamanı da Kasperin onu tək qoymadığı deyilir. C.Lopez və K.Smart bununla bağlı jurnalistlərin suallarını cavablandırmaq istəməyiblər.
Qeyd edək ki, bir müddət əvvəl Cennifer müsahibələrinin birində təklikdən qorxduğunu etiraf etmişdi.





