Tayvan hərbçiləri son bir gündə Çin Xalq Azadlıq Ordusunun 91 təyyarəsi və 12 gəmisini adaya bitişik ərazidə qeydə alıb.
Elchi.az xəbər verir ki, bu barədə adanın müdafiə departamenti məlumat verib.
“Bu gün saat 06:00-a olan məlumata görə, Tayvan yaxınlığında Çin ordusunun 91 təyyarəsi və 12 gəmisi aşkar edilib”, – deyə departamentin “Twitter” səhifəsində bildirilib.
Qeyd olunub ki, 54 təyyarə Tayvan boğazının sözdə orta xəttini keçərək adanın zenit-təyyarə tanıma zonasının cənub-qərbində və cənub-şərqində peyda olub. Onların arasında Çin qırıcıları, bombardmançı təyyarələr, radar kəşfiyyat təyyarələri və pilotsuz təyyarələr də olub.
“Hazırda Tayvan ətrafındakı hövzədə hələ də səkkiz Çin gəmisi var. Biz onların hərəkətini yaxından izləməyə davam edirik”, – mesajda deyilir.
Bazar ertəsi Çin ordusu aprelin 8-10-da Tayvan ətrafında keçirilən patrul və “Vahid Qılınc” təlimlərini başa vurduğunu açıqlayıb.
Yeganə




