Elchi.az xəbər verir ki, Radikal İslamçı qurup “Boko Haram”ın Nigeriyanın şimal-şərqindəki Baqa şəhərinə etdiyi son hücumlarda 2 mindən çox adamın öldürdüyü bildirilir.
BBC-yə açıqlama verən Baqa yerli administrasiya rəsmisi Musa Alhaji Bukar, terrorçuların Çərşənbə günü şəhərin demək olar ki, tamamən yandığını ifadə edib. O bildirib ki, ölü sayı artıq minlərlə ifadə edilir.
Xatırladaq ki, “Boko Haram” silahlı birləşməsi Şənbə günü də şəhərə hücum etmiş və hərbi kazarmadakı əsgərləri qaçmağa məcbur etmişdi.
Bukar hazırda şəhərin küçələrinin cəsədlərlə dolu olduğunu və şəhərdən qaçan Baqa sakinlərinin meyitləri götürmək üçün geri qayıtmadığını da bildirib.
Baqanın 10 min nəfərlik bir şəhər olduğunu deyən Bukar, hazırda şəhərdə demək olar ki, heç kimin qalmadığını da qeyd edib.
O radikal qruplaşmanın Baqa şəhərinə yaxın 16 yaşayış yerini ələ keçirdiyini əlavə edib.
Elchi.az



