Çin ən çox əhalisi olan ölkə titulunu Hindistana itirir. Hindistan əhalisinin aprelin ikinci rübündə 1 milyard 423 milyon nəfərə çatacağı və Çini keçəcəyi gözlənilir.
Dünya əhalisinin 8 milyarda yaxınlaşması ilə Hindistan əhalisinin Çini ötəcəyi gözlənilir.
Elchi.az xəbər verir ki,Birləşmiş Millətlər Təşkilatının açıqladığı hesablamalara görə, Hindistan aprelin sonunda dünyanın ən sıx məskunlaşdığı ölkə sayılan Çini keçəcək.
Hindistanda hər 10 ildən bir keçirilən siyahıyaalma koronavirus epidemiyası səbəbindən bu ilə təxirə salınıb.
Hindistan əhalisinin 1 milyard 423 milyon nəfəri keçəcəyi proqnozlaşdırılır.
Çində əhalinin sayı 60 ildə ilk dəfə azalıb.
Çin Dövlət Statistika İdarəsinin məlumatına görə, ölkə əhalisi 1960-cı illərdən bəri ilk dəfə olaraq 850 min nəfər azalıb.
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun hazırladığı hesabatda Hindistanın 2023-cü ildə Çini keçəcəyi proqnozlaşdırılırdı.
Bunun aprelin sonunda baş verəcəyi bildirilir. Çinin əhalisi 1 milyard 412 milyon nəfər kimi tanınır.
Hesablamalara görə, noyabr ayında dünya əhalisinin sayı 8 milyarda çatacaq, 2100-cü ildə isə onun 10 milyardı keçəcəyi gözlənilir.
Nuranə






