"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Emin Həsənli: “Çağırış prosesi geniş təhlillərlə müəyyənləşdirilir”

11 Aprel 2023 - 13:37
in GÜNDƏM

Son zamanlar həqiqi hərbi xidmətə çağırışla bağlı cəmiyyətdə müəyyən müzakirələr aparılır. Aparılan müzakirələrdə müxtəlif fikirlər səsləndirilir.
Elchi.az xəbər verir ki, hərbi ekspert Emin Həsənli hesab edir ki, aparılan müzakirələr normaldır: “Əlbəttə bu müzakirələr normaldır, amma elə məsələlər var ki, onlarla bağlı qərarlar geniş təhlillərdən sonra verilir.
Məsələn son vaxtlar evin tək oğullarının həqiqi hərbi xidmətə çağırılmaması ilə bağlı fikrilər səslənir. Müəyyən zaman kəsiyində belə bir qərar verilmişdi. Evin tək oğulları həqiqi hərbi xidmətə çağırılmırdı. Amma sonra bu qərar dəyişdirildi. İndi tək oğullara da hərbi xidmətə aparılır. Bu qərar verilən zaman hər ailədə iki, üç oğlan uşağı var idi. Amma indi ətrafımıza baxaq. Ailə planlaması nəticəsində tək oğlu olan ailələrin sayı xeyli çoxalıb. Belə şəraitdə ordu necə komplektləşdirilməlidir? Əlbəttə evin tək oğullarının xidmətə çağırılması barədə qərar veriləndə bütün bu reallıqlar təhlil olunub”.
Emin Həsənli başqa bir məsələyə də münasibət bildirib. Məlumdur ki, hazırda ildə dörd dəfə çağırış olur. Qış, yaz, yay, payız çağırışları zamanı ordu komplektləşdirilir. Bəziləri hesab edir ki, çağırış ildə iki dəfə olsun. Hərbi ekspert bu yanaşmanı düz hesab etmir: “Bəli biz 44 günlük müharibədə zəfər çaldıq. Amma Azərbaycanın təhlükəsizliyinə təhdidlər davam etməkdədir. Ola bilsin ki, bu təhdidlər olmasa və ordumuz tam peşəkar heyətlə təmin olunduqdan sonra bu məsləyə baxmaq olar. Amma indi bu məqbul deyil. Hər çağırışda şəxsi heyətin 25 faizi ehtiyata buraxılır. Qalan 75 faiz hazırlıqlı vəziyyətdə olur. Amma iki dəfə çağırış prosedura tətbiq edilsə şəxsi heyətin 50 faizi ehtiyata buraxılacaq və döyüş hazırlıqlı olanlar 50 faiz olacaq. Axı biz daim ayaqda olmalıyıq. Yeni gəlmiş çağırışçıları hazırlamaq, onları döyüş qabiliyyətinə gətirmək bir-iki günün işi deyil. Bunun üçün müəyyən zaman lazımdır. Amma indiki qaydalarla biz 75 hazırlıqlı və daim ayaqda olan şəxsi heyətə malik oluruq. Bütün bunlar müəyyən araşdırmalar, təhlillər aparılmaqla müəyyənləşdirilir. Əlbəttə ki, ildə iki dəfə çağırış daha asan olardı. Bilirsiniz ki, çağırış prosesi asan başa gəlmir. Səfərbərlik Xidməti, həkim komissiyaları gərgin iş şəraitində işləyir. Amma bir daha qeyd edirəm ki, bu gün Azərbaycan dövlətinin maraqları bunu tələb edir”.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

FTB: İctimai enerji doldurma stansiyaları zərərli proqramlara yoluxur

Next Post

Əli Həsənov “Şərəf” ordeni ilə təltif edildi

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Əli Həsənov “Şərəf” ordeni ilə təltif edildi

Əli Həsənov “Şərəf” ordeni ilə təltif edildi

Prezidentin şərəfinə rəsmi qəbul təşkil edildi

Prezidentdən Əli Həsənovla bağlı - Sərəncam

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.