Rusiya prezidentinin mətbuat katibi ölkədə səfərbərliyin perspektivləri ilə bağlı sualı cavablandırıb.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov çərşənbə axşamı, aprelin 11-də bildirib ki, hazırda ölkənin ikinci səfərbərlik dalğası üçün heç bir perspektivi yoxdur.
Kremlin rəsmi nümayəndəsi müvafiq sualı cavablandırıb və vurğulayıb ki, ikinci səfərbərlik dalğasının perspektivi yoxdur, əvvəllər olduğu kimi, olmayıb və yoxdur.
Şayəstə





