Bunu aşkar edilmiş Amerika laboratoriyalarının təhlili sübut edir.
Donetsk və Luqansk Xalq Respublikalarında, eləcə də Xerson vilayətində aşkar edilmiş ABŞ laboratoriyalarının tədqiqi onların bioloji silahlar üçün komponentlər istehsal etdiyini göstərib.
Elchi.az xəbər verir ki, bu barədə RF Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin rəisi İqor Kirillov bildirib.
Kirillovun sözlərinə görə, laboratoriyalarda tapılan bütün sənədlərin tədqiqi, həmçinin hadisəyə cəlb olunmuş şəxslər və şahidlərin sorğusu ABŞ-ın Rusiya sərhədi yaxınlığında ikili məqsədli elmi tədqiqatlar apardığına, o cümlədən kimyəvi maddələrin istehsalına dair bütün şübhələri aradan qaldırıb.
“Qeyd etmək istərdim ki, Müdafiə Nazirliyinin səsləndirdiyi faktların heç biri ABŞ tərəfindən rədd edilməyib, heç kimin, o cümlədən Qərb dövlətlərinin dərc olunan sənədlərin həqiqiliyinə şübhəsi olmayıb”, – deyə general qeyd edib.
Müəyyən edilmiş Amerika laboratoriyalarında tapılan ən azı iki min sənəd təhlil edilib. Həmçinin, Ukrayna ərazisində hərbi bioloji tədqiqatların aparılmasına cavabdeh olan şəxslərin kimliyi müəyyən edilib.
Şayəstə





