“İranın Ermənistana havararlıq etməsi heç də Tehranın İrəvanın ala gözlərinə aşiq olması anlamını daşımır. Burada İranın regionda öz kirli maraqlarını qoruyub-saxlamaq və həmin məsələdə Ermənistandan yararlanmaq məqsədi güdülür” – bu sözləri Elchi.az-a açıqlamasında siyasi şərhçi Rövşən Rəsulov deyib.
O həmçinin bildirir:”Torpaqlarımız işğal altında qaldığı dövrlərdə həmin ərazilər məhz Ermənistanın dəstəyi ilə narkotranzit məskəninə çevrilmişdi. Üstəlik, Qarabağda daim terror düşərgələri fəaliyyət göstərib ki, bu düşərgələr bilavasitə Tehran rejiminə bağlı olan qrupların himayəsi altında fəaliyyətdə olublar. İran həmçinin, Ermənistana nəfəslik borusu olaraq öz dəstəyini əsirgəmirdi. Vətən müharibəsində əldə edilən zəfərdən sonra belə, ərazilərimizin talanması, narkotika plantasiyaları kimi istifadəsi faktları ifşa olundu.
Başqa tərəfdən, xatırlayırsınızsa hələ Laçın-Xankəndi yolu üzərindəki ekoaksiyadan əvvəl İran diversantlarının gizli yollarla, yəni Rusiya sülhməramlıları kontingentinin vasitəsi ilə oraya göndərilməsi faktı ifşa olunmuşdu. Onda bildirildi ki, guya onlar iranlı fəhlələrdirlər, amma bunun yalan olduğunu hətta körpə uşaq da bilirdi. Bütün bu kimi dəlillər bir nəticəyə gətirib-çıxarır – İran-Ermənistan birliyi hazırda da Azərbaycana və regional inkişafa təhdid xarakteri daşımaqdadır”.
Havar Şəfiyeva






