“Son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə səfərlər etməsi də bunu təsdiqləyir. Öz növbəsində region dövlətlərinin başçılarının da Azərbaycana səfərlərinin müntəzəm xarakter alması ölkəmizə diqqətin artdığının göstəricisidir”. Elchi.az xəbər verir ki, bu sözləri politoloq Turan Rzayev deyib.
O, açıqlamasında bildirir ki, Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də məhz Qazaxıstandır.
“Hər iki ölkə xalqları arasında köklü tarixi, mədəni və dini ortaqlıqlar, əlaqələr var. Təsadüfi deyil ki, bu gün Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Azərbaycanın dövlət başçısı İlham Əliyevin Qazaxıstana son səfəri 2022-ci il oktyabrın 13-14-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısı çərçivəsində baş tutub. Ötən il avqustun 24-də isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə rəsmi səfər edib. Dövlət başçılarının qarşılıqlı səfərləri həm də iki ölkənin bir-birinə verdiyi önəmin real göstəricisidir”.
Havar Şəfiyeva





