
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə hərbi qurumun məlumatında bildirilir. Məlumata görə, restrukturizasiya 15-dək hərbi bazanı əhatə edəcək. Söhbət, ilk növbədə, Böyük Britaniya və Portuqaliyadakı hərbi və mülki heyətlərdən gedir. Qeyd olunan prosesin bir neçə il davam edəcəyi ehtimal olunur.
Məlumata görə, Böyük Britaniyadakı hərbi bazalarda şəxsi heyətinin sayı 2 min nəfərədək azaldılacaq. Bu, ilk növbədə, ABŞ-ın quru qoşunlarına və hərbi-havaqüvvələrinə aiddir.



