Fransa hökumətinin hərəkətlərinə etiraz edənlər Fransa prezidenti Emmanuel Makronun Aİ-nin gələcəyi ilə bağlı çıxışını dayandırıblar. Elchi.az xəbər verir ki, Makronun Haaqadakı Nexus İnstitutunda uğursuz çıxışı barədə BFMTV kanalı məlumat yayıb.
İnstitutun zalında iştirak edən onlarla nümayişçi pensiya islahatını tənqid edən şüarlar səsləndirib, hətta Makronun ünvanına zorakılıq və ikiüzlülük prezidenti sözləri yazılmış pankart da açıblar.
2022-ci il oktyabrın sonunda Fransa prezidenti Emmanuel Makron bildirib ki, böhran şəraitində eyni həyat səviyyəsini saxlamaq və pensiya almaq üçün fransızlar daha çox çalışmalı olacaqlar. O əlavə edib ki, 2027-ci ilə qədər Fransanın pensiyaları maliyyələşdirmək üçün 10-12 milyard avroya ehtiyacı olacaq. Makron tərəfindən irəli sürülən pensiya islahatı layihəsi 2031-ci ilə qədər pensiya yaşının 62-dən 65 yaşa qədər tədricən artırılmasını nəzərdə tutur.
Havar Şəfiyeva





