ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasəti ilə bağlı qeyri-müəyyənliklər səbəbiylə qlobal bazarlarda istiqamət axtarışının bu gün ABŞ-da açıqlanacaq inflyasiya məlumatları ilə dinamizmlə əvəzlənməsi gözlənilir.
Elchi.az xəbər verir ki, ABŞ-da güclü qalan əmək bazarlarından sonra bu gün inflyasiyanın gedişi ilə bağlı suallar cavablandırılır.
Ölkədə istehlak qiymətləri indeksinin (İQİ) mart ayında aylıq 0,2 faiz artacağı, illik inflyasiyanın isə 6 faizdən 5,1 faizə enəcəyi proqnozlaşdırılır.
FED-in inflyasiya ilə mübarizə çərçivəsində atacağı addımlara dair yol xəritəsinin bugünkü məlumatlarla daha aydın olacağı gözlənilərkən, Bankın gələn ay faiz dərəcələrini 71 faiz ehtimalla 25 bənd artıracağı təxmin edilir.
Pul bazarlarında FED-in ilin qalan hissəsində faiz dərəcələrini azaldacağı ilə bağlı qiymətlər güclü olsa da, FED üzvləri inflyasiya ilə mübarizədə qətiyyət mesajları verməyə davam edir.
Dünən Nyu York FED sədri Con Uilyams FED-in inflyasiya ilə mübarizədə hələ çox işi olduğunu və bank sektorundakı böhrana baxmayaraq pul siyasətinin istiqamətini dəyişməməli olduqlarını bildirib.
Çikaqo Fed Başçısı Austan Goolsbee isə FED-in faiz artımlarında ehtiyatlı və səbirli olması lazım olduğunu vurğulayaraq, ötən ay yaşanan bank böhranının təkrar olub-olmayacağından əmin olmaq lazım olduğunu bildirib.
Digər tərəfdən, bu gün açıqlanacaq FED protokolları investorların diqqət mərkəzində olsa da, bankın gələcək pul siyasətləri ilə bağlı mümkün ipuçlarının aktiv qiymətlərinə təsir edəcəyi gözlənilir.
Şayəstə




