Ukrayna prezidenti Volodimir Zelenski Ali Radanın qəbul etdiyi sənədlə ölkə büdcəsinin müdafiə xərclərinin 14,5 milyard dollar artırılmasını nəzərdə tutan sənədi imzalayıb.
Elchi.az xəbər verir ki, bu məlumatı Ukrayna parlamentinin “Qolos” partiyasından olan deputatı Yaroslav Jeleznyak yayıb.
“2023 rekord büdcə artımına prezident Zelenski imza atıb”, – deyə Jeleznyak “Telegram” kanalında yazıb və qərarın rəsmi olaraq aprelin 13-də qüvvəyə minəcəyini bildirib.
Bu vəsaitin təqribən 10 milyard dolları Ukrayna Müdafiə Nazirliyinin ehtiyaclarına, daha 2,6 milyard dollarının Ukrayna Daxili İşlər Nazirliyi sisteminə, qalan vəsaitin isə Ukrayna Müdafiə Nazirliyinin ehtiyaclarına yönəldilməsi planlaşdırılır.
Yeganə





