Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.
Bu barədə Elchi.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.
***
Minatəmizləmə Agentliyi (ANAMA) Laçın rayonunda baş verən mina hadisəsi ilə bağlı məlumat yayıb.
Agentlikdən bildirilib ki, hadisə minalardan təmizlənməmiş ərazidə baş verib.






