Yeddi kilsə monastır kompleksi – Qax rayonunda, Ləkit Kötüklü kəndi ərazisində, indi xalq arasında “Yeddi kilsə” adı ilə məşhur olan möhtəşəm alban monastır kompleksidir. “Ləkit” coğrafi adı Qafqaz Albaniyasında yaşamış qədim lək tayfasının adından götürülüb. Kompleksdə eramızın əvvəllərinə aid doqquz abidənin qalıqları vardır.
Kult.az xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev məlumat verib.
O bildirib ki, kompleksin təxmini yaşı bəlli deyil, memarlıq üslubuna görə III-IV-ci əsr abidələrinə bənzəyir, iddia edildiyi kimi, V, yaxud VII əsrə aid deyil:
“Quruluşuna baxanda burda xristian məbədi olsa da, tikilərin üzərində tenqriçilik və türk naxış sistemləri elementlərinə rast gəlmək olar. Çox heyf ki, dağıldığı üçün yazıları oxumaq olmur.
Memarlıq dili ilə desək, erkən monastır ansambıllarından biri hesab olunan bu abidələrin tərkibinə üçnefli və xaçvari-günbəzli məbədlər, həmçinin beş ədəd kiçik kilsə-sövmə daxildir.
Azərbaycanın dini memarlıq abidələri içərisində Yeddi Kilsə kompleksi özünün gözəl planlaşdırmasının yeganəliyinə görə fərqlənir. Kompleks tarixi Azərbaycan ərazisində – Qafqaz Albaniyasının ən qədim monastır kompleksərindən biridir.
Kompleksə ümumilkdə doqquz abidə daxildir ki, onlardan da yeddisi kilsələr və onlara bitişik olan rahiblərin və qonaqların yaşaması üçün binalar, zəng qülləsi, hündür keşikçi qülləsi və kompleksin təhlükəsizliyini təmin etmək məqsədilə çəkilmiş möhkəm qala divarlarıdır. Kompleksə daxil olan kilsələrdən yalnız baş kilsə bir qədər böyükdür və üç neflidir. Digər altı kilsə isə bir nefli kiçik kilsələrdir. Kilsə binalarının hamısı bazilika formasında inşa edilmişdir.
Əsas kilsə binası da daxil olmaqla, kompleksin bütün binaları çay, əhəng daşları və əhəng məhlulu qatışığı ilə inşa edilib. Kilsələrin hamısı binanın cənubunda və şimalında cüt yerləşdirilmiş ensiz və uzunsov pəncərələr vasitəsiylə işıqlandırılıb. Lakin sonrakı dövrdə naməlum səbəbdən bütün kilsələrin şimaldakı pəncərələri qapadılıb.
Demək olar ki, bu qədim məbədin yaxın analoqları Qum bazilikası, Ağoğlan monastırının əsas bazilikası və Xudavəng monastırdır.
Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi
#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....




