Tehran hökuməti Azərbaycan Respublikasında axtarışda olan bir neçə şəxsin iştirakı ilə Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində toplantı keçirib.
Elchi.az xəbər verir ki, toplantıya son günlər SEPAH-a yaxın mediada din xadimi kimi təqdim edilən Sərxan Məmmədov başçılıq edib.
“Sionist rejimin Azərbaycanda təsirinin araşdırılması” mövzusunda keçirilən toplantıda SEPAH və SEPAH-a bağlı yarım-hərbi “Bəsic” qüvvələrinin üzvləri iştirak edib.
Toplantıda Azərbaycan Respublikasına qarşı ənənəvi və Tehran rəsmilərinin söylədikləri ittiham və iddialar təkrarlanıb.
Qeyd edək ki, son vaxtlar Tehran rejimi Azərbaycan Respublikasına qarşı siyasi-ideoloji təbliğatını məqsədli olaraq Güney Azərbaycan şəhərlərindən yürütməyə çalışır.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...




