Polşa Almaniya hökumətindən əvvəllər ADR-də xidmətdə olan MiQ-29 qırıcılarının Ukraynaya təkrar ixracına icazə istəyib.
Elchi.az DPA agentliyinə istinadən xəbər verir ki, söhbət vaxtilə Berlin tərəfindən Varşavaya ötürülən təyyarələrdən gedir.
Bu arada “Suddeutsche Zeitung” yazır ki, Almaniya hökuməti Polşaya Ukraynaya sovet qırıcı təyyarələri verməyə icazə vermək istəyir. Nəşrin məlumatına görə, bu barədə qərar cümə axşamı, aprelin 13-də verilməlidir.
Şayəstə





