Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün qlobal neft tələbi ilə bağlı proqnozunu sabit saxlayıb.
Elchi.az xəbər verir ki,IEA-nın bu gün açıqladığı aylıq neft bazarı hesabatına görə, qlobal neft tələbinin bu il keçən illə müqayisədə gündəlik 2 milyon barrel artaraq 101 milyon 900 min barrelə çatacağı gözlənilir. Əvvəlki hesabatda bu məbləğ gündəlik 101 milyon 900 min barel olaraq qiymətləndirilmişdi.
OECD regionunda tələbatın əvvəlki ilə nisbətən 262 min barel artımla 46 milyon 212 min barrel, qeyri-OECD ölkələrində isə 1 milyon 765 min barrel artımla 55 milyon 727 min barrel olacağı hesablanır. .
Qlobal neft tələbinin məhdudiyyətlərin aradan qaldırılmasından sonra Çin iqtisadiyyatının canlanmasının təsiri ilə bu ilin birinci rübündə artım tendensiyasına qayıtdığı və təxminən 810 min barel artdığı bildirilir.
İl ərzində artımın daha da sürətlənəcəyi və qlobal neft tələbindəki artımın 90 faizinin Çinin dəstəyi ilə İƏİT üzvü olmayan ölkələrin payına düşəcəyi təxmin edilir.
Nuranə




