"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı 8 kəndin qaytarılacağını elan etdi…

14 Aprel 2023 - 14:44
in SİYASƏT

Ermənistanın Baş naziri Nikol Paşinyan “güzgü prinsipi”nin 1991-ci il sərhəd xəttinə uyğun tətbiq edilməsi ideyası ilə çıxış edir. Erməni baş nazirin irəli sürdüyü “güzgü prinsipi”ndə qoşunların geri çəkilməsi və bundan sonra delimitasiya-demarkasiya prosesinin başlanması nəzərdə tutulur.
İrəvan bununla öz planını həyata keçirmək niyyətindədir: 44 günlük müharibədən sonra Azərbaycan ordusu dövlət sərhədinin bərpa edillməsi istiqamətində irəliləyiş əldə edib; bu prosesə işğal dövründə Ermənistanın qanunsuz şəkildə irəli çəkdiyi sərhədin bərpası daxildir; Nikolun “güzgü prinsipi” isə Azərbaycan ordusunun dövlət sərhədinin bərpa edilən istiqamətlərindəki mövqelərindən geri çəkilməsi deməkdir;
Erməni baş nazirin qoşunların geri çəkilməsini məhz 1991-ci il sərhəd xəttinə uyğun həyata keçirmək təklifi də İrəvanın maraqlarına xidmət edir:
1. İşğal dövründə rəli çəkdikləri dövlət sərhədini yenidən ələ keçirə bilərlər;
2. SSRİ dövründə otlaq və əkin sahəsi adı altında Ermənistana bağışlanan ərazilər onlarda qalacaq;
3. Qazaxın işğal altında qalan 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılması perspektivini sıfırlamaq istəyirlər;
Rəsmi Bakı birmənalı şəkildə buna qarşıdır. Lakin Paşinyan 1991-ci il sərhəd xətti istəyini Praqa və Brüssel razılaşmalarında əksini tapan ərazi bütövlüyünün Alma-Ata bəyannaməsinə uyğun qəbul edilməsi detalına istinadla əsaslandırır, Bakının buna razılıq verdiyini deyir. Hərçənd,
– üçtərəfli razılaşmalarda əksini tapmış öhdəliklərindən heç birini yerinə yetirməyən Ermənistanın Azərbaycanı bunda ittiham etməsi gülüncdür;
– Qərb masasındakı razılaşmalarda Alma-Ata bəyannaməsindən öncə BMT Nizamnaməsinə istinad edilir;
– rəsmi Bakı Qərb masasındakı razılaşmalarla Qarabağın Azərbaycanın daxili məsələsi kimi qəbul edilməsi üçün diplomatik manevr etdi;
Və ən mühüm məqam rəsmi Bakının Qazaxın 7 kəndi və Kərki kəndi ilə bağlı məsələnin delimitasiya-demarkasiya prosesində həll edilməsi tələbində israr etməsidir. Paşinyanın 1991-ci ilin sərhəd xətti ilə bağlı son iddiasına cavab verən Xarici İşər Nazirliyi də 8 kəndimizin işğal altında saxlanılmasını yenə gündəmə gətirib.
“Nikol Paşinyana xatırlatmaq istərdik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan işğal siyasəti nəticəsində 1990-cı ildə Kərki və Bağanis Ayrım kəndləri işğal edilib. Bununla yanaşı, Ermənistanın üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazilərindən hələ də erməni silahlı qüvvələrini çıxarmaması, 8 Azərbaycan kəndini işğal altında saxlaması məlumdur. Bu xüsusda, baş nazir öncə 1991-ci il sərhədləri dedikdə nə nəzərdə tutulduğu məsələsinə aydınlıq gətirməlidir”, – XİN-in sözçüsü Ayxan Hacızadə bildirib.
Rəsmi Bakı bununla bəyan edir ki:
– İşğal altındakı 8 kənd 1991-ci il sərhəd xəttinə daxil deyil;
– Delimitasiya prosesi bu kəndlərin qaytarılması ilə nəticələnməlidir;
Məsələnin masada, yoxsa hərbi meydanda həllini tapacağı bəlli olmasa da, Azərbaycanın hər iki ssenariyə hazır olduğunu demək mümkündür.
Xarici işlər naziri Ceyhun Bayramov bir müddət öncə bu kəndlərlə bağlı məsələnin diplomatik masada həllinin tərəfdarı olduğumuzu, əks təqdirdə, prosesə ordunun müdaxilə edə biləcəyi mesajını vermişdi. İndi top İrəvandadır, ya masada qəbul edəcəklər, ya da hərbi meydanda.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Asif Nərimanlı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanlılar qətldə iştirak etməyib! – İrəvan

Next Post

İran zəhərlənməyə görə məktəbliləri həbs etdi

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
İran zəhərlənməyə görə məktəbliləri həbs etdi

İran zəhərlənməyə görə məktəbliləri həbs etdi

Mateuş: Ukrayna münaqişəsi bir neçə il davam edə bilər

Mateuş: Ukrayna münaqişəsi bir neçə il davam edə bilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.