"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

QAT-dan telekanallara “dəyənəklə qayda-qanun yaratmaq” hədəsi: “Elə etməsinlər ki…”

09 Yanvar 2015 - 18:09
in XƏBƏR LENTİ

img1688473“…əlimizə dəyənək götürüb, bu yaramazların dərsini vermək, bu cür yolla qayda-qanun yaratmaq məcburiyyətində qalaq”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Milli Televiziya və Radio Şurasının (MTRS) sədri Nuşirəvan Məhərrəmovun özəl telekanallarla bağlı bildirdiyi iradlar, televiziya və radio məkanlarımızda vəziyyətin doğrudan da, həddindən artıq ağır olduğunu bir daha göstərir. Cəmiyyətdə televiziya və radiolardakı verlişlərin səviyyəsi ilə bağlı ciddi narazılıq, hətta qəzəb hissi mövcuddur”. 
Qarabağ Azadlıq Təşkilatının (QAT) 9 yanvar tarixli bəyanatında belə deyilir. Təşkilatın yaydığı sənəddə bildirilir ki, verilişlər bayağı, zərərli və primitivdir:“Televizyaların və radioların əksəriyyəti əxlaqsızlığı, eybəcərliyi, yad dəyərləri təbliğ etməklə məşğuldur. Televiziyalara və radiolara heç bir nəzarət hiss olunmur, nə istəyirlər, onu da edirlər. Biz hesab edirik ki, bu vəziyyətin yaranmasında Milli Televiziya və Radio Şurasının da günahı var. Şura ya proseslərə nəzarət etməli, ya da gücsüzlüyünü etiraf etməlidir. Vəziyyət nə yerə çaıtb ki, hər hansı telekanala Şuranın xırda bir iradı həmin telekanalın ən kəskin əks-hücumu ilə nəticələnir. Bunun günahı isə həmin telekanalın arxasında duran dövlət məmurudur. Deməli, efirimizin bu vəziyyətə salınmasının məsuliyyəti dövlət məmurlarımızın üzərinə düşür”.
QAT-ın bəyanatında daha sonra vurğulanır: “Biz Qarabağ Azadlıq Təşkilatı olaraq, hesab edirik ki, torpaqları işğal altında olan bir ölkədə tele-radio məkanın bu vəziyyətə salınması ən ağır cinayətə bərabərdir və çox ağır nəticələri ola bilər. Dünyanın bütün ölkələrində tele-radio verlişlərində müəyyən proporsiya gözlənilir, hər dövlətin milli maraqları üstün tutulur. Bizdə bu proporsiyalar kobud şəkildə pozulur.
Məsələn, torpağı işğal altında olan bir ölkədə Qarabağ, vətənpərvərlik məsələləri yox dərəcəsindədir. Bu vəziyyət dövlət səviyyəsində ciddi müzakirə olunmalı, ciddi tədbirlər görülməlidir. İctimai, siyasi qurumlar, tanınmış ictimaiyyət nümayəndələri, mətbuatın özü bu məsələyə biganə qalmamalı, səsini qaldırmalıdır. Mətbuat azadlığı cinayət üçün azadlıq demək deyildir. Xalqın mənəviyyatını korlamaq, əxlaqsızlığı təbliğ etmək, yad və zərərli dəyərləri cəmiyyətə yeritmək ən ağır cinayətdir”.
Bəyanatda deyilir ki, bu cinayətləri törədənlər cavab verməlidir: “Kimisə hansısa televiziyaya və ya radioya rəhbər təyin ediblərsə, yaxud özünə özəl teleradio yaradıbsa, bu, o demək deyil ki, başına qohum-əqrabasını, dost-tanışını yığıb, ağlına gələni edə bilər. Hər kəs cəmiyyət, dövlət qarşısında öz məsuliyyətini dərk etməlidir. Müvafiq rəsmi qurumlar da, teleradio rəhbərləri də təcili tədbirlər görməlidirlər. Elə etməsinlər ki, əlimizə dəyənək götürüb, bu yaramazların dərsini vermək, bu cür yolla qayda-qanun yaratmaq məcburiyyətində qalaq”.
Hələlik MTRŞ-dan, həmçinin radio və telekanallardan bəyanata hər hansı reaksiya verilməyib.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Parisdə atışmada 2 nəfər ölüb

Next Post

Parisdə daha bir girovgötürmə olayı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Parisdə daha bir girovgötürmə olayı

Ermənilərin növbəti saxtakarlığı (FOTO)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.