Fransa Konstitusiya Məhkəməsi pensiya yaşının 64-ə qaldırılmasını təsdiqləyib. Elchi.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
“Fransa Konstitusiya Şurası pensiya yaşının 64 yaşa qaldırılmasını nəzərdə tutan pensiya islahatı qanun layihəsinin əsas maddəsini təsdiqləyib”, – Fransa telekanalı xəbər verir.
Qeyd olunur ki, məhkəmə qanun layihəsinin qalan bəndlərini rədd edib, xüsusən də yaşı 55-dən yuxarı olan vətəndaşları işə qəbul etməkdən imtina edən təşkilat və müəssisələr üçün cərimələrin tətbiqi ilə bağlı bənd təsdiq edilməyib.
Fransada yanvarın sonundan pensiya islahatlarına qarşı kütləvi küçə etirazları keçirilir. Fransa prezidenti Emmanuel Makronun dediyi kimi, böhran şəraitində eyni həyat səviyyəsini saxlamaq və pensiya almaq üçün fransızlar daha çox çalışmalı olacaqlar. Pensiya islahatı layihəsi 2031-ci ilə qədər pensiya yaşının tədricən 62-dən 65-ə qaldırılmasını nəzərdə tutur.
Havar Şəfiyeva





