Musavat.com-un məlumatına görə, İngiltərədəki daxili kəşfiyyat xidmətinin rəhbəri Endryu Parker açıqlama verərək bildirib ki, “əl-Qaidə” təşkilatı Böyük Britaniya da daxil olmaqla Qərb ölkələrində çox sayda mülki vətəndaşın ölümü ilə nəticələnəcək terror aktları planlaşdırır.
Parker deyib: “İngilis xüsusi xidmət orqanları Suriyada olan bir qrup “əl-Qaidə” xadiminin Qərb ölkələrinə qarşı “Kütləvi ölümcül basqın” planlaşdırdığına dair məlumat əldə edib.
Biz və müttəfiqlərimiz əlimizdən gələn hər şeyi etsək də hər terror hücumuna mane ola bilmərik”.




