Elchi.az xəbər verir ki,Sudanın paytaxtı Xartum və müxtəlif şəhərlərində ordu ilə Çevik Dəstək Qüvvələri arasında silahlı qarşıdurma baş verib.
Son bir neçə ayda ordu ilə Çevik Dəstək Qüvvələri arasında gedən “söz savaşı” iki güc arasında qızğın qarşıdurmaya çevrilib.
Paytaxt Xartumun Erkevit, İdman Şəhəri, Baş Qərargah rəisi və Suverenlik Şurasının rəhbəri və ordu komandanı general Əbdülfəttah əl-Burhanın məskunlaşdığı ərazilərdə atəş səsləri eşidilib.
Yerli vaxtla saat 09:30 radələrində paytaxtın müxtəlif yerlərində güclü pulemyotlardan atəş açılıb, ardınca isə qatı tüstü yayılıb. Xartum Beynəlxalq Hava Limanı ətrafında da intensiv fəallıq müşahidə olunub.
Şimaldakı Umdurman, Bahri və Meravi şəhərlərində də toqquşmalar baş verib.
Nuranə Məmmədova





