Elchi.az xəbər verir ki,ABŞ-ın Men ştatında yanğın və xilasetmə bölməsinin paylaşdığı məlumata görə, təhlükəli yük daşıyan qatar relsdən çıxıb.
ABŞ-da artan qatar qəzaları diqqət çəkir. Qeyd olunur ki, hər il ölkədə mindən çox qatar qəzası baş verir.
Rockwood Yanğın və Xilasetmə Bölməsindən verilən açıqlamada, Men əyalətinin Rockwood qəsəbəsində təhlükəli yük daşıyan qatarın relsdən çıxdığı açıqlanıb.
Hadisə ilə bağlı yayımlanan fotoda qəza nəticəsində relsdən çıxan vaqonların alovlandığı, rayon sakinlərinin hadisə yerindən uzaq durmağa çağırıldığı görünür.
Qəzada xəsarət alan olub-olmaması ilə bağlı məlumat paylaşılmayıb.
Nuranə Məmmədova





