Mayın 6-da İngiltərə kralı III Çarlzın tacqoyma mərasimində 6 min britaniyalı əsgərlə yanaşı, 35 Birlik ölkəsindən 400 əsgər iştirak edəcək.
Elchi.az xəbər verir ki,Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, İngiltərə ordusunun 70 il əvvəl sonuncu tacqoyma mərasimindən sonra həyata keçirəcəyi ən böyük hərbi mərasim Kral III Çarlzın tacqoyma mərasimində keçiriləcək.
Mayın 6-da keçiriləcək mərasimdə 60-dan çox təyyarə uçuş şousu edəcək və burada quru, hava və dəniz qüvvələrindən 6 mindən çox Britaniya əsgəri iştirak edəcək.
Kralın tacqoyma mərasimi zamanı ölkənin bütün hərbi bazalarında gəmilərdən və artilleriyadan da artilleriya atəşi açılacaq. Paradda Birliyin 35 ölkəsindən 400-ə yaxın əsgər də iştirak edəcək.
Açıqlamada baş nazir Rişi Sunak İngiltərə ordusu və müttəfiqlərinin keçirəcəyi paradın dünyanı heyrətə salacağını bildirib.
Müdafiə naziri Ben Uolles deyib: “Biz silahlı qüvvələrimizin peşəkarlığı və mükəmməlliyi ilə fəxr edə bilərik”.
Böyük Britaniyanın Baş Qərargah rəisi admiral Toni Radakin də açıqlamasında bildirib ki, silahlı qüvvələrin tacqoyma mərasimində iştirak etməsi ordunun krala və ölkəsinə xidmət etmək istəyinin göstəricisidir.
Paradın çoxəsrlik ənənənin davamı olduğunu qeyd edən Radakin ordunun müasir Britaniya üçün də mühüm element olduğunu vurğulayıb.
Nuranə Məmmədova





