"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ukraynada “Boinq”in vurulmasıyla bağlı mühüm açıqlama

26 İyul 2014 - 18:38
in GÜNDƏM
Rusiya prezidenti Vladimir Putinin keçmiş müşaviri Andrey İllarionov Donetsk səmasında vurulan Boinq-777img1609575 (1) təyyarəsi ilə bağlı şok açıqlamalar verib.
Axar.az xəbər verir ki, İllarionov təyyarənin vurulmasını planlaşdırılmış terror aksiyası kimi qiymətləndirib.
Onun sözlərinə görə, təyyarəni vuran “Buk” Pervomayskoe və Krasnıy Oktyabr qəsəbələrinin yaxınlığında yerləşdirilib. Həmin ərazilərə isə qondarma Donetsk Xalq Respublikası separatçıları nəzarət edirdi: “Buk-M1” zenit-raket kompleksi (ZRK) həmin gün döyüş hazırlığı vəziyyətinə gətirilib. ZRK-nın şəxsi heyətini isə hazırda Rusiya ordusunda xidmət edən hərbçilər təşkil edib. Atəş əmri isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahından gəlib. Bu raketin əsas xüsusiyyətlərindən biri odur ki, ondan yanlış atəş açmaq olmur. Əksər insanlar elə fikirləşir ki, təyyarə təsadüfən vurulub və onun yerinə Ukraynanın An-24 təyyarəsi vurulmalı imiş. Lakin An-24 və Boinq-777 taktiki-texniki xarakteristikalarına nəzər saldıqda aydın olur ki, bu iki təyyarəni bir-birilə qarışdırmaq qeyri-mümkündür”.
“Niyə məhz MH17?” – İllarionov sual qoyur və cavab verir: “Həmin vaxt raketin atıldığı istiqamətdə çoxlu sərnişin təyyarələri uçurdu. Hadisədən 20 dəqiqə əvvəl Münhen-Dehli, 1 dəqiqə əvvəl isə Kopenhagen–Sinqapur reysi o istiqamətdən uçmuşdu. Lakin məhz MH17 reysi seçildi. Çox düşünülmüş plan idi. Bunun həyata keçirilməsi üçün ilk növbədə cənub və şərq istiqamətində uçan Rusiya, MDB ölkələri, ABŞ, Almaniya, Fransa və digər ölkələrin təyyarələri ayrılmalı idi. Qurban olaraq ya Varşava, ya da Amsterdam istiqamətində uçan təyyarə seçilməliydi. Varşavadan gələn təyyarənin vurulması polyaklara qarşı növbəti terror aksiyası törətdiyi üçün Kreml rəhbərliyini çətin vəziyyətdə qoya bilərdi. Geridə isə bir reys qalırdı – Amsterdamdan uçan MH17. Adətən onun marşrutu cənub istiqamətindən keçir. Rusiya hökuməti həmin istiqamətdə 12 hava dəhlizini bağlayaraq pilotlara yalnız Torez və Snejnoye istiqamətini saxlayıb. Orada isə təyyarəni “Buk-M1” zenit-raket kompleksi gözləyirdi”.
İllarionov bildirib ki, planın əsl məqsədi məhv edilməkdə olan “Novorossiya layihəsi”ni xilas etmək olub: “Rusiya ikinci Krım əldə etməyə ümid edirdi, lakin Ukrayna ordusunun güclü müqaviməti ilə qarşılaşdı. “Novorossiya layihəsi”nin xilası üçün Ukrayna ordusunun ölkənin şərqində hərbi əməliyyatlarını dayandırmaq lazım idi. İyulun 17-dək müxtəlif variantlar tətbiq olunmuşdu: separatçıların hərbi müqaviməti, diplomatik təzyiq. Lakin bütün bunlar yetərsiz idi. Avropa cəmiyyətini şoka salıb, onları Ukrayna hakimiyyətinə təzyiq edərək ölkənin şərqindəki hərbi əməliyyatları dayandırmağa səsləyən bəyanatlar verməyə məcbur edə biləcək yeni üsul lazım idi. ”Amsterdam reysi” əməliyyatının uğurla başa çatmasından sonra “Sülhməramlı” əməliyyatının həyata keçirilməsinə başlandı. Terror aksiyasından sonra “Sülhməramlı” əməliyyatının müəllifi (Vladimir Putin nəzərdə tutulur – red) ABŞ prezidenti Barak Obama ilə əlaqə saxlayaraq onu faciə ilə bağlı məlumatlandırdı. Son günlər onun bütün fəaliyyəti (müxtəlif ölkələrin liderləri ilə telefon danışıqları, çıxışlar, 1 dəqiqəlik sükut) Ukrayna tərəfinin hərbi əməliyyatları dayandırmasına yönəlmişdi. Artıq Avropa və ABŞ ictimaiyyəti öz hökumətlərindən Ukraynada hərbi əməliyyatların dayandırılması istiqamətində addımlar atmağı tələb edirdi. Çoxları təyyarənin vurulmasında separatçıları günahlandırırdı. Lakin faktlar ortaya çıxandan sonra məlum oldu ki, onların özlərini də məcbur ediblər. MH17 separatçılar tərəfindən vurulmayıb. Bezlerin (separatçıların lideri) hesabatı qəsdən verilmişdi ki, Ukrayna Təhlükəsizlik Xidməti onun səsini tutsun və dünyaya çatdırılsın ki, təyyarəni Rusiya yox, separatçılar vurub. Amma Bezlerin özü onun Moskvadakı kuklaoynadanından fərqli olaraq sərnişin təyyarəsinin vurulmasından şoka düşmüşdü”.

 

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukraynada azərbaycanlı–mer güllələndi

Next Post

Sumqayıtda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Sumqayıtda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Fazil Mustafa Rəsulzadə və Elçibəydən YAZDI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.