Tayvan Müdafiə Nazirliyinin bəyanatına görə, Tayvan Silahlı Qüvvələri bir gündə adanın yaxınlığında 18 Çin təyyarəsi və 4 gəmini qeydə alıb.
Elchi.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Aprelin 16-sı səhər saat 6:00-dan aprelin 17-si səhər saat 6:00-a qədər Çin Xalq Azadlıq Ordusunun 18 təyyarəsi və 4 gəmisi Tayvan ətrafında qeydə alınıb”, – departamentin “Twitter” səhifəsində deyilir.
Adanın hava hücumundan müdafiə zonasına TB-001 pilotsuz uçan aparatı, Z-9 helikopteri və J-11 qırıcısı daxil olmaqla dörd təyyarənin daxil olduğu bildirilib. İdarənin açıqlamasına görə, Tayvan vəziyyəti izləmək üçün hava və dəniz patrulu göndərib, həmçinin yerüstü müdafiə raket komplekslərini hazır vəziyyətə gətirib.
Tayvan ətrafında vəziyyət ABŞ Konqresinin Nümayəndələr Palatasının o zamankı spikeri Nensi Pelosinin ötən il avqustun əvvəlində adaya səfərindən sonra xeyli gərginləşib. Adanı özünün əyalətlərindən biri hesab edən Çin ABŞ-ın Tayvan separatizminə dəstəyini görərək Pelosinin səfərini pisləyib və irimiqyaslı hərbi təlimlər keçirib.
Yeganə






