İranda itkin düşən azərbaycanlı tələbədən hələ də məlumat yoxdur.
Elchi.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
“Hazırda bu məsələ araşdırılır. Son durumla bağlı məlumat yoxdur”, – deyə o qeyd edib.
Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb
Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...




