Elchi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,Qara dəniz təbii qazı ötürmə xəttinə verilməyə başlandı.
Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Fatih Dönmez, “Dünən gecədən etibarən oradakı quyulardan klapanları açaraq dənizin altındakı magistral xəttə qazı nəql etməyə başladıq” dedi.
NTV-yə danışan nazir Dönmezin açıqlamaları belədir:
“Cümə axşamı prezidentimizin şərəfi ilə layihəmizin birinci mərhələsini açacağıq. Dünən axşamdan etibarən oradakı quyulardan siyirtmələri açıb qazı dənizin altından magistral ötürmə xəttinə nəql etməyə başladıq.Cümə axşamı artıq qaz sahilə çıxır.”
Nuranə Məmmədova




