Rusiyanın Londondakı səfiri Andrey Kelin Böyük Britaniya vətəndaşlığı olan Vladimir Kara-Murzanın məhkum olunması ilə əlaqədar Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az bu barədə RİA Novostiyə istinadən məlumat verir.
“Xarici İşlər, Birlik İşləri və Beynəlxalq İnkişaf Nazirliyi bu gün Rusiya səfiri Andrey Kelini çağırıb. ona açıq şəkildə bildiriləcək ki, Böyük Britaniya cənab Kara-Murzaya qarşı hökmü Rusiyanın insan hüquqları, o cümlədən ədalətli məhkəmə araşdırması hüququ sahəsində beynəlxalq öhdəliklərinə zidd hesab edir”, – Britaniya Xarici İşlər Nazirliyinin nəşrində deyilir.
Bundan əvvəl Moskva Şəhər Məhkəməsi müxalifətçi Vladimir Kara-Murzanı dövlətə xəyanətdə, arzuolunmaz təşkilatla əməkdaşlıqda və Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatlar yaymaqda ittiham edərək 25 il müddətinə azadlıqdan məhrum edib.
Havar Şəfiyeva





