"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Fransada növbəti terror – dünya ŞOKda

10 Yanvar 2015 - 08:36
in MANŞET

“Charlie Hebdo”da qətliam törədənlər yenidən terrora əl atdılar; Parisdə isə yəhudilərin yığışdığı mağazada beş nəfər girov götürüldü; img1718065Eyfel qülləsi ətrafında atışma; dünya şokda…

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Yanvarın 7-də “Charlie Hebdo” jurnalına silahlı basqın edərək 12 nəfəri öldürən terrorçuların axtarışı Fransaya dərd üstünə dərd gətirib. Vaxtilə “əl-Qaidə” terror təşkilatının sıralarında olan Səid Kuaşi və qardaşı Şərif Kuaşinin həbsinin asan olmayacağı aydın idi, amma terrorçuların ələ keçməmək üçün daha bir dəhşətli olay törədəcəyini isə çoxları gözləmirdi.
Yanvarın 9-da Kuaşi qardaşları Fransanın Danmartin-en-golede şəhərində əvvəl avtomobil dayanacağında “Pejo” markalı avtomobili oğurlayıb iki nəfəri  girov götürüblər.
Fransanın daxili işlər naziri bildirib ki, terrorçular  polislə atışa-atışa bir zavod binasına sıxışdırılıblar. Terrorçular zavodda da 10-dan çox adamı girov götürüb. Cinayətkarların tutulması üçün polis səfərbər edilib,  havaya vertolyotlar qaldırılıb. Ərazidə sakinlərin çölə çıxmasına qadağa qoyulub. Əməliyyata 90 min polis və əsgər cəlb olunub.
Ərazidəki məktəblər bağlanıb. Bundan sonra terrorçularla polis arasında saatlarla sürən  danışıqlar başlayıb.
Terrorçu qardaşlar mühasirədə olarkən onlar haqda maraqlı məlumatlar yayılıb. 10 il əvvəl  “Pittsburq Tribune” telekanalına verdiyi müsahibədə qardaşlardan biri, 22 yaşlı Şəruf Kuaşi dindar olmadığını bildirərək, içki içdiyini, marixuana istifadə etdiyini, qız dostları ilə birlikdə yaşadığını və pitsaçı işlədiyini deyib. Daha sonra Kuaşi rep dediyi və rəqs etdiyi videonu da telekanala təqdim edib. Şərif Kuaşi 2005-ci ildə müsəlmanların İraqa döyüşə getməsinə yardımçı olduğu ittihamı ilə polis tərəfindən qısa müddətə həbs olunubmuş. Həmin müsahibə isə həbsdən çıxdıqdan sonra alınıb.
2008-ci ildə 18 ay həbs cəzasına məhkum edilən Kuaşi məhkəmədə hakimə bir supermarketdə çalışdığını, lakin əsl məşğuliyyət sahəsinin rep musiqisi olduğunu danışıb.
Kuaşi qardaşlarının adı 2010-cı ildə Əlcəzair İslam Ordusu silahlı qruplaşmasının bir üzvünü həbsdən qaçırmaq ittihamında çəkilib. Lakin yetərli dəlillər olmadığından qardaşlar həbs olunmayıblar.
Fransa prezidenti Fransua Olland ölkəsində terror aktlarının davam edə biləcəyini istisna etməyib.
APA-nın “Sabah”a istinadən verdiyi məlumata görə, “Charlie Hebdo” jurnalının redaksiyasına terror hücumunda şübhəli bilinən şəxslərin saxlanılması məqsədi ilə keçirilən əməliyyata rəhbərlik edən F.Olland “hücum edən şəxslər hələ tutulmayıb, əməliyyat davam edir. Hazırda əlimizdən gələn edirik, ölkəmizi qorumağa çalışırıq”, – deyə Fransa prezidenti qeyd edib.
O bildirib ki, dekabr ayından indiyədək müxtəlif kəşfiyyat məlumatları əldə olunub. F.Ollanda Fransanın yeni hücumlarla üzləşəcəyini istisna etməyib: “Bu hücumlardan sonra müxtəlif bölgələrdə nümayişlər olacaq. Buralarda təhlükəsizlik təmin olunmalıdır və xalqımız terrora qarşı mövqeyini ortaya qoymalıdır. Təkcə Parisdə deyil, kəndlərdə belə nümayişlər keçirilir. Hər kəs terrora qarşı bir olmalıdır. Fransa güclü dövlətdir, biz öz vətəndaşlarımızı qoruyacağıq”.
Fransa Daxili İşlər Nazirliyi 20-ci sahədəki mağazada insanları girov götürməkdə şübhəli bilinən şəxsləri axtarışa verib. “The Guardian” qəzeti xəbər verir ki, bunlar Həyat Bumeddyen adlı, 1988-ci il təvəllüdlü qız və 1982-ci il təvəllüdlü qaradərili gənc Amedi Kulibalidir.
***
Terrorçu qardaşların təslim olması üçün danışıqlar aparılarkən Fransa daha bir terror olayı ilə sarsılıb. Bu dəfə Parisdə naməlum şəxs aralarında qadınlar və uşaqlar olmaqla bir neçə adamı girov götürüb.
Hadisə yəhudilər üçün nəzərdə tutulan mağazada baş verib. Atışma zamanı bir nəfər yaralanıb. Fransa mətbuatı həmin şəxsin Paris qətliamından bir gün sonra qadın polisi öldürən şəxslə eyni adam olduğunu yazıb. “The Guardian”ın yazdığına görə isə mağazada beş nəfəri girov götürən şəxs və “Charlie Hebdo”da terror törədən qardaşlar bir-birilərini tanıyırlar.
Bundan başqa, girovları götürən şəxsin hadisə zamanı polislərə qışqıraraq “siz bilirsiniz mən kiməm”, –  dediyi məlum olub.
Axşam saatlarında isə Paris polisi metronun şəhərin mərkəzində – Eyfel qülləsinin yaxınlığında yerləşən “Trokadero” stansiyasını bağlayıb, şəhərdə atışma gedib.
Virtualaz.org saytı “Le Mond” qəzetinə istinadən xəbər verir ki, metrodakı sərnişinlərin evakuasiyasına başlanılıb. Yerli KİV belə ehtimal edir ki, burada söhbət yeni terror aktı təhlükəsindən gedə bilər.
****
“Hizbullah”  lideri Hasan Nəsrullah bir müraciət yayınlayaraq, baş verən terror olaylarını kəskin pisləyib. O, deyib ki, bu hadisələr İslama karikaturaların verdiyi zərərdən daha çox zərbədir.
Qeyd edək ki, Fransada, eləcə də dünyanın bir çox ölkələrindəki islam liderləri Paris terrorlarını qınayan mövqe nümayiş etdiriblər.
Qəzet çapa hazırlanarkən, Avropa informasiya qaynaqları məlumat yaydı ki, yəhudilərin girov götürüldüyü mağazada iki nəfər öldürülüb.(“Yeni Müsavat”)
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fransada Kuaşi qardaşları öldürüldü

Next Post

Pan Qi Mun: “Terrorun dini yoxdur”

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Pan Qi Mun: "Terrorun dini yoxdur"

“Rusiya gözünü Bakı və Tiflisə dikib”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.