Almaniya hökuməti Rusiyanın mülki nüvə sektoruna qarşı sanksiyaların tətbiq edilməsini dəstəkləyir.Bu barədə Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek deyib.
Elchi.az “Reuters”-ə istinadən xəbər verir ki, Almaniya İqtisadiyyat Nazirliyinin rəhbəri Avropa Komissiyasını bu məhdudiyyətləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketinə daxil etməyə çağırıb.
Habekin sözlərinə görə, “nüvə texnologiyası çox həssas sahədir ki, orada Rusiya artıq etibarlı tərəfdaş hesab oluna bilməz”. O, aydınlaşdırıb ki, Moskva guya öz resurslarından təzyiq göstərmək üçün istifadə edə bilər.
Nuranə Məmmədova




