Aİ-nin Sudandakı səfiri öz iqamətgahında hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Josep Borrell Tvitter-də məlumat verib. Onun sözlərinə görə, bu hadisə Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır.
“Bir neçə saat əvvəl Aİ-nin Sudandakı səfiri öz iqamətgahında hücuma məruz qalıb. Bu, Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır”, – Borrell bildirib.
Diplomatiya rəhbəri vurğulayıb ki, diplomatların və diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi Sudan hakimiyyətinin üzərinə düşür.
Bazar ertəsi, aprelin 17-də məlum olub ki, ABŞ səfirliyinin zirehli maşını ölkənin paytaxtı Xartumda Sudan xüsusi təyinatlılarını atəşə tutub. Amerika səfirliyindəki mənbələrə görə, “səfirliyin zirehli maşınına qəsdən atəş açılıb”. Departament diplomatlardan heç birinin xəsarət almadığına aydınlıq gətirib.
Havar Şəfiyeva






