Elchi.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Latın Amerikasına səfəri çərçivəsində Braziliyaya rəsmi səfər edib.
Lavrovu Itamarati sarayının girişində həmkarı, Braziliyanın xarici işlər naziri Mauro Vieira qarşılayıb.
Təkbətək və nümayəndə heyətləri arası görüşdən sonra nazirlər birgə mətbuat konfransında qiymətləndirmələr aparıblar.
Vieira iki ölkə arasında ticarət, enerji, müdafiə, mədəniyyət, təhsil, elm, sənaye və sərmayə ilə yanaşı, ticarət əlaqələrindən də danışdıqlarını bildirib.
Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını ifadə edən Veyra, insan haqları qanunlarına hörmət çərçivəsində ən qısa zamanda atəşkəsin yaradılması lazım olduğunu bildirib.
Rusiyaya qarşı birtərəfli sanksiyaların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına mənfi təsir etdiyini vurğulayan Veyra Braziliyanın bu problemin həlli üçün üzərinə düşəni etməyə hazır olduğunu qeyd edib.
Şayəstə




