Fransada minimum pensiya yaşını 62-dən 64-ə qaldıran pensiya islahatı qanunu bu ilin payızında qüvvəyə minəcək.
Elchi.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron respublika vətəndaşlarına müraciətində bildirib.
Makron islahatları zəruri adlandırıb və əlavə edib ki, bu, hər kəsin pensiyasına zəmanət verməyə və dövlət üçün daha çox fayda yaratmağa kömək edəcək.
Eyni zamanda, Fransa rəhbəri hakimiyyət və həmkarlar ittifaqlarının pensiya sistemində islahatlarla bağlı razılığa gələ bilməməsindən təəssüfləndiyini bildirib.
“Aylarla davam edən danışıqlara baxmayaraq, konsensus əldə olunmadı və buna görə təəssüflənirəm. Biz bundan dərs almalıyıq”, – deyə Makron bildirib.
Yeganə





