"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hərbi Prokurorluqdan kütləvi məzarlıqlarla bağlı açıqlama

18 Aprel 2023 - 11:27
in XƏBƏR LENTİ

Kütləvi məzarlıqlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Elchi.az xəbər verir ki, bunu hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O xatırladıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə işğal altında olan tarixi torpaqlarımız azad olunub:

“Azərbaycan Prezidentinin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi və xalqımızın əzmkarlığı ilə həmin ərazilərdə yüksək intensivliklə abadlıq-quruculuq işləri həyata keçirilir.

Hərbi Prokurorluq tərəfindən, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər müvafiq qurumların nümayəndələri ilə birlikdə Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Ağdam rayonunun Sırxavənd kəndi, eləcə də Xocalı rayonunun Fərrux kəndi və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində aşkarlanan kütləvi məzarlıqlardan Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan xeyli sayda insan meyitinin qalıqları ekshumasiya edilib, həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib və digər zəruri hərəkətlər yerinə yetirilib.

Qeyd etmək lazımdır ki, Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev 2022-ci il oktyabrın 26-da qeyd olunan ərazilərə gedərək həmin cinayət işinin istintaqının gedişatı ilə yerində maraqlanıb, müvafiq tövsiyələr və tapşırıqlar verib”.

Hərbi prokurorun böyük köməkçisi bildirib ki, Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı), 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri Baş prokuror, birinci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin nəzarəti və Baş prokurorun müavini- Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin ibtidai araşdırmaya prosessual rəhbərliyi ilə davam etdirilir:

“Qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Qeyd edək ki, aprelin 18-i Başlıbel qətliamının 30 illiyidir. 2021-ci ildə Başlıbeldə kütləvi məzarlıq, Edilli və digər yerlərdə insan sümükləri tapılıb.

Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi bütün cinayətlərə görə məsuliyyətdən qaça bilməyəcək. Hər bir fakt Azərbaycan dövləti tərəfindən qeydə alınır, ciddi araşdırılır, cinayət işləri qaldırılır. Vətən müharibəsi dövründə də Gəncədə dinc əhaliyə qarşı Ermənistanın raket hücumları olub.

Prezident İlham Əliyev 2021-ci ilin sentyabrında BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxışı zamanı Başlıbel qırğınını xüsusi vurğulayıb, kütləvi məzarlıqlar mövzusunu BMT səviyyəsinə qaldırıb, Xocalı soyqırımının 30-cu ildönümü haqqında 2022-ci il 28 yanvar tarixli Sərəncamında da Başlıbel qətliamını xatırladıb.

Başlıbel hadisəsində düşmənə qarşı güclü müqavimət, doğma yurda bağlılıq və fədakarlıq göstərilib.

1993-cü ildə Kəlbəcər milli xəyanət nəticəsində işğal olunub və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir diplomatiyası sayəsində 2020-ci ildə sərt iqlimə və mürəkkəb coğrafi relyefə, hündür dağlara malik Kəlbəcər şəhid vermədən azad edilib”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Pensiya islahatları haqqında qanun bu tarixdə qüvvəyə minəcək”-Makron

Next Post

Ehtiyatda olan hərbçilərimiz orduya çağırıldı – Rəsmi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
İlham Əliyev: “Xocalı və Xocavəndin kəndləri işğaldan azad edilib”

Ehtiyatda olan hərbçilərimiz orduya çağırıldı - Rəsmi

Cəmi 45 saniyəniz var! Pələngləri gördünüzmü?

Cəmi 45 saniyəniz var! Pələngləri gördünüzmü?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.