"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Peyğəmbərin surəti yoxdur” – İranlı rejissor

10 Yanvar 2015 - 10:25
in MƏDƏNİYYƏT

İran istehsalı olan “Məhəmməd Allahın Rəsuludur” filminin rejissoru Məcidi “Filmdə peyğəmbərin surəti yoxdur” – dedi. Həzrəti 1420811599mmecidiMəhəmmədin surətinin göstərilib-göstərilməyəcəyi ilə bağlı gündəmə gələn filmin təqdimat mərasimi, nəhayət ki, dünən baş tutdu. “Muhammədun Rəsulallah” kimi tanınan İran istehsalı filmin rejissoru Məcid Məcidi, İslam peyğəmbərinin mübarək doğumu və Vəhdət Həftəsi münasibəti ilə yaxın günlərdə Qala gecəsi keçiriləcək filmin təqdimat mərasimində media və mətbuat nümayəndələrinin suallarını cavablandırdı. “Cənnətin uşaqları”, “Cənnətin rəngi”, “Baran və sərçələrin mahnısı” kimi filmlərə imza atan dünyaca məşhur rejissor Məcidi Anadolu Agentliyinin müxbirinə verdiyi açıqlamasında film haqqında çox tez tənqidi fikirlər səsləndirildiyini və bu söhbətlərin yersiz olduğunu bildirib. Filmlə bağlı “Həzrəti Məhəmmədin üzünün göstərilib-göstərilməyəcəyi” mövzusunun ən çox danışılan məsələ olduğunu deyən Məcidi “Bu mövzuda İslam dünyasındakı həssaslıq üçün hər kəsə təşəkkür edirəm, amma filmdə peyğəmbərin surəti yoxdur” – dedi.  Məcidi İslam dünyasındakı bu həssaslığı da bir yerə qədər anlayışla qəbul edə biləcəyini dilə gətirdi. Əsilsiz dəyərləndirmələrin onu narahat etdiyini deyən rejissor sözlərinə belə davam etdi: “Çəkilişləri iki il davam edən  filmin hazırlıq ərəfəsində biz çox geniş araşdırmalar apardıq. Mövzunun mütəxəssisləri olan şiə və sünni alimlərlə müxtəlif ölkələrdə görüşüb söhbətlər təşkil etdik. Biz bu mövzu barədə həssaslığı başa düşürük”. İslam Peyğəmbərinin ucalığı və şəxsiyyətinə dair düşüncələrində lazımi qədər anlayışlı olduğunu bildirən rejissor “Məncə, İslam adına şiddət tətbiq edənlər və insan qatilləri ilə bağlı vəziyyətlərdə də reaksiyalar belə sağlam olmalıdır. İslam düşmənlərinə ən yaxşı cavabı kino ilə verə bilərik. Bütün İslam dünyasına səslənirəm. Gəlin bu sahəyə pul qoyub hamımız bərabər işləyək” – deyə mesaj yolladı. Filmin Şərq dünyasına və müsəlmanlara mesajını Məcidi belə izah etdi: “Filmin mövzu dairəsi olduqca önəmlidir. Şiə və sünni tarixçilər tərəfindən qəbul edilən hadisələr çərçivəsində Həzrəti Məhəmmədin uşaqlıq və gənclik dövrü sosioloji və dini dəyişmə baxımından çox həssas bir dövr hesab olunur. Məcidi Şərq dünyasının Həzrəti İsa və Həzrəti Musa haqqında bir çox film hazırladığını  xatırladaraq, “Buddistlər Budda haqda, təxminən, 45 film çəkiblər. Biz müsəlmanlar isə 40 il öncə Mustafa Akkadın çəkdiyi filmdən başqa Peyğəmbərimizin həyatı haqda film çəkmədik. Müsəlmanlar peyğəmbərlərinə daha artıq vəfa göstərsələr, yaxşı olardı. Bu mövzuda olan filmlər zəif çəkildiyi üçün beynəlxalq məkanda söz sahibi ola bilmədi. Mən bu cür işlərə əsas önəm verirəm.  Filmim haqqında lazımsız söhbətlər etməkdənsə, təklif edirəm ki, filmimi izləsinlər, sonra oturub bu barədə söhbət edək. Hətta istəyənlərlə yeni layihələrdə birgə işləməyə də hazıram” – dedi. Məcidi, filmin hazırlıq işlərindən montajına qədər müddətin tam 7 ilə başa gəldiyini vurğuladı.  Filmin Qalasının isə fevralda Beynəlxalq Fəcr Film Festivalında nümayişi gözlənilir.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Elçilər – dəhşətli hadisənin ilk şahidləri – ŞOK TƏFƏRRÜAT

Next Post

Rusiyadakı banklar daha kredit vermir

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Rusiyadakı banklar daha kredit vermir

Azərbaycanlı biznesmenin rus sevgilisi ( fotolar)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.