“İranla Ermənistan arasındakı münasibətlərin möhkəmləndirməsinin təməlində hər iki dövlətin bölgədə xaos və qeyri stabil davam etdirmək niyyəti durur”- bu sözləri Elchi.az-a açıqlamasında siyasi şərhçi Çingiz Göytürk deyib.
O, həmçinin əlavə edib:”Ermənistanın bu məsələdə marağı nədir deyə soruşsanız, Ermənistan bir kinin, nifrətin girovuna əsirinə çevrilmişdir. Məhs bu üzdən onun nifrət və kin dolu niyyətləri Azərbaycana qarşı istifadə etdikləri hər kəsin oyuncuğuna çevrilməyə hazırdır. İrana gəldikdə isə, İran əhalisinin yüzdə qırx hissəsi Azərbaycan türkdür. Məhs buna görə də İran Azərbaycanın varlığını və inkişafını özünə bir təhlükə kimi görür. Və hər vasitə ilə ölkəmizin inkişafının qarşısını almağa çalışır”.
Havar Şəfiyeva





