Moskva istisna etmir ki, Kiyevə 3 milyardlıq borcunu tezliklə ödəməsi barədə tələb irəli sürəcək. Musavat.com-un Rusiya mediasına
istinadən verdiyi xəbərə görə, bu barədə
istinadən verdiyi xəbərə görə, bu barədəRusiya hökumətindəki mənbə bildirib.
Bu tələbin texniki əsaslandırılması ondan ibarəıtdir ki, Ukraynanın dövlət borcu artıq ÜDM-in 60 faizini təşkil edir.
Rusiya Ukrayanaya sözü gedən krediti 2013-cü ilin dekabrında verib. Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın eks-prezidenti Viktor Yanukoviç arasında imzalanan sazişə əsasən Rusiya Ukraynadan 3 milyard dollarlıq istiqraz alıb və ümumilikdə 15 milyardlıq istiqraz alacağını vəd edib.
Ancaq Yanukoviçin prezident postundan devrilməsi ilə bu proses dayanıb. İndi Rusiya pullarını geri almaq istəyir.
Ukraynanın iqtisadi inkişaf və ticarət naziri Ayvaras Abramaviçyus ölkənin faktiki iflas həddində olduğunu bildirib. Hazırda Beynəlxalq Valyuta Fondu Ukraynanın 15 milyard dollarlıq kreditə ehtiyacı olduğunu hesablayıb. Bundan əvvəl də BVF Ukraynaya 17 milyard dollar həcmində vəsait ayırıb. BVF hesab edir ki, Kiyev bu pulları almasa, cari ildə özünün bütün öhdəlikləri üzrə defolt elan etməyə məcbur olacaq.(Musavat.com)



