Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Ferhan Dəməşqdə rejim lideri Bəşər Əsədlə Suriya böhranının həlli üçün siyasi səylər barədə görüşüb.
Elchi.az xəbər verir ki,Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamada Feysəl Bin Ferhanın Suriyanın paytaxtı Dəməşqə səfər etdiyi və Əsədlə görüşdüyü bildirilib .
Görüşdə Suriya böhranının həlli üçün siyasi həll yolları müzakirə edilib və ölkənin ərazi bütövlüyü, ərəb kimliyi, inam və sabitliyin qorunması hədəflənib.
Bundan əlavə, Bin Ferhan humanitar yardımların bütün bölgələrə çatdırılmasının və suriyalı qaçqınların ölkələrinə qayıtmaları üçün lazımi şəraitin yaradılmasının vacibliyinə diqqət çəkib.
Bin Ferhan 2011-ci ildə Suriyada qiyamlar başlayandan bəri Xarici İşlər Nazirliyi səviyyəsində Səudiyyə Ərəbistanından Dəməşqə ilk səfərin memarı olub.
Əsəd rejiminin xarici işlər naziri Feysəl Miqdad həm də diplomatik münasibətlərin kəsilməsindən sonra Səudiyyə Ərəbistanına səfər edən ilk suriyalı rəsmi olub.
Nuranə Məmmədova





