Çin texnologiya və tədqiqat imkanlarını təkmilləşdirmək və sənaye tətbiqlərində yüksək emal gücündən yararlanmaq üçün superkompüterlərlə internet şəbəkəsi qurmağı planlaşdırır.
Elchi.az “South China Morning Post” qəzetininə istinadən xəbər verir ki, Çinin Elm və Texnologiya Nazirliyi universitetlər, tədqiqat qurumları və şirkət nümayəndələri ilə qabaqcıl kompüter texnologiyaları mütəxəssislərinin iştirakı ilə layihə ilə bağlı fikirlərini öyrənmək üçün toplantı keçirib.
Ölkənin şimalındakı Tianjin şəhərində baş tutan görüşdə istifadəçilərin brauzer vasitəsilə bir-birinə bağlı çoxsaylı superkompüterlərə daxil ola biləcəyi şəbəkə modeli müzakirə olunub.
Superkompüterlər üzərində işləyən 15 universitet və tətbiq mərkəzinin nümayəndələri layihədə iştirak etmək və belə bir şəbəkənin sənaye problemlərinin həllini təmin edəcəyi sistemdə iştirak etmək arzusunda olduqlarını bildiriblər və bunun sənayedəki bir çox problemləri həll edə biləcəyini bildiriblər.
İştirakçılar bildirdilər ki, ümumi şəbəkə sektorda resursların qeyri-bərabər paylanması, texnoloji standartların dəyişməsi, proqram təminatının hazırlanması və yayılmasında qarşıya çıxan problemlərə həll yolları təklif edə bilər.
Layihənin kompüter sənayesindən başqa aviasiyadan əczaçılıq sənayesinə, meteorologiyadan maliyyəyə qədər bir çox sahədə tədqiqatçılar və praktikantlara yeni qapılar aça biləcəyi vurğulanıb.
Məlumatların təhlili və süni intellekt tədqiqatlarının da kompüter tutumuna artan ehtiyacı ortaya çıxardığı qeyd edilib.
İclasda iştirak edən Çin Mühəndislik Akademiyasından Li Quojie Çinin hazırladığı superkompüterlərin dünyanın ən yaxşıları arasında olduğunu, lakin sənaye proqramlarında bu kompüterlərin istifadəsində geri qaldığını bildirərək, giriş icazəsi verilməli olduğunu qeyd edib.
Şayəstə






