İran lideri Ayətullah Əli Xamneyni ölkədəki problemlərlə bağlı bəzi qrupların zaman-zaman gündəmə gətirdiyi referendum təkliflərinə qarşı çıxıb.
Elchi.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Xamneyni ötən gecə ölkə üzrə tələbə birliklərinin nümayəndələrini qəbul edib.
Ölkənin müxtəlif məsələlərinin həlli üçün referendum keçirilməsi ilə bağlı zaman-zaman gündəmə gələn tələblər barədə suala Xamneyni belə cavab verib:
“Ölkənin bir neçə məsələsi referendumun mövzusu ola bilməz, çünki hər referendum 6 il ərzində bütün ölkəni əhatə edir. Həm də dünyanın harasında bütün məsələlərlə bağlı referendum keçirirlər?”.
Xamneyni həmçinin qeyd edib: “Xalqın çıxış mexanizmi var. Yəni bir adamı prezident seçirlər, müavinləri seçirlər. Bu xalqın sözüdür, xalqın sözü belə başa düşülür”.
Qeyd edək ki, son illər İranın bəzi təbəqələri idarəetmə sistemi ilə bağlı referendumun keçirilməsinin zəruriliyindən danışır. Referendumun tərəfdarları arasında keçmiş prezident Həsən Ruhani də var. 2018-ci ildə inqilab bayramı zamanı etdiyi çıxışda Ruhani ölkədəki fikir ayrılıqlarını aradan qaldırmaq üçün referendum keçirməyi təklif edib.
Yeganə





