Birləşmiş Millətlər Təşkilatı (BMT) xəbərdarlıq edib ki, Qərbi və Mərkəzi Afrikada 48 milyon insan qarşıdakı aylarda kəskin qida çatışmazlığı ilə üzləşəcək.
Elchi.az xəbər verir ki,Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar təşkilatlarından verilən açıqlamada təhlükəsizlik problemləri, yüksək temperatur, nizamsız yağışlar və COVID-19 epidemiyası səbəbindən ərzaq qiymətlərinin son 10 ildə ən yüksək həddə çatdığı bildirilib.
Açıqlamada Qərbi və Mərkəzi Afrikada 48 milyon insanın qarşıdakı aylarda kəskin qida çatışmazlığı ilə üzləşəcəyi vurğulanıb.
Ukraynadakı müharibənin dünyanın yoxsul bölgələrində qida və gübrə qıtlığına səbəb olduğuna diqqət çəkərək, aşağıdakı bəyanatlara yer verildi:
“BMT-nin Ümumdünya Ərzaq Proqramı , Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi , Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Uşaq Fondunun (UNICEF) təqdim etdiyi regional ərzaq təhlükəsizliyi təhlilinə əsasən, Təhlükəsiz və qidalı qidaya müntəzəm çıxışı olmayan insanların sayı iyun ayında artıb, avqust ayında isə bunun 48 milyona çatacağı təxmin edilir”.
Nuranə Məmmədova





