Fransanın paytaxtı Paris Avropada həddindən artıq istilər səbəbindən ən çox qoca ölümünün yaşandığı şəhər olub.
Elchi.az xəbər verir ki, “The Lancet Planetary Health” tərəfindən dərc edilən araşdırmada 2000-2009-cu illər arasında Avropanın 30 ölkəsinin 854 şəhərində həddindən artıq isti və ya soyuqdan ölüm nisbətləri araşdırılıb.
Araşdırmaya görə, Avropada ildə 203 min 620 nəfər soyuqdan, 20 min 173 nəfər isə istidən ölür.
Yaş artdıqca isti havaya qarşı həssaslıq artsa da, Paris Avropada həddindən artıq istilər səbəbiylə ölüm nisbətinin ən yüksək olduğu şəhər oldu.
Digər tərəfdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada 2022-ci ildə isti hava səbəbiylə ən az 15 min insanın həyatını itirdiyini açıqlayıb.
Şayəstə





