ABŞ Milli Aeronavtika və Kosmik Agentliyinə (NASA) aid istismardan çıxarılan peykin Yerə düşə biləcəyi açıqlanıb.
Elchi.az xəbər verir ki, NASA və ABŞ Müdafiə Nazirliyinin verdiyi açıqlamalara görə, Reuven Ramaty Yüksək Enerjili Günəş Spektroskopik Görüntüleyicisi (Rhessi) peyki ABŞ-ın şərq sahili saat qurşağına görə axşam saatlarında atmosferə girəcək.
272 kiloqramlıq kosmik gəminin böyük hissəsinin atmosferdəki səyahəti zamanı yanacağı, lakin bəzi hissələrinin Yerə düşəcəyi gözlənilirdi. Dünyada kiməsə zərər vermə riskinin az olduğu vurğulanaraq, bu ehtimalın təxminən 2467-də 1 olduğu açıqlanıb.
2002-ci ildə orbitə buraxılan peyk 2018-ci ilə qədər 100.000-dən çox günəş hadisəsini çəkib və o, rabitə problemlərinə görə “təqaüdə çıxıb”.
Şayəstə






