Elazığın Sivrice rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki,Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə, episentri Elazığın Sivrice rayonu olan 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin təxminən 11 kilometr dərinlikdə olduğu müəyyən edilib.
Verilən açıqlamada qeyd olunub:
“Baş verən zəlzələdən sonra saat 01:58-ə olan məlumata görə şəhərimizdəki AKOM, 155 və 156 zəng xətlərinə hər hansı dağıntı qeydə alınmayıb. Bütün bölmələrimiz zəlzələnin şəhərimizdəki fəsadlarını yaxından izləyir”
Nuranə Məmmədova




