Platformanın sahibi olan Wikimedia Fondu Rusiyada Vikipediyadakı saxta məlumatları silmədiyinə görə 1,5 milyon rubl (təxminən 18 min dollar) cərimələnib.
Elchi.az xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin (Roskomnadzor) Wikimedia Fonduna qarşı qaldırdığı iddiaya paytaxt Moskva məhkəməsində baxılıb.
Məhkəmə Ukraynadakı münaqişə ilə bağlı yalan məlumatı silmədiyinə görə Vikimedia Fondunu 1,5 milyon rubl cərimələyib.
Vikipediya iddia edir ki, sözügedən məlumat açıq mənbələrdən və beynəlxalq təşkilatlardan götürülüb.
Vikipediya əvvəllər də oxşar səbəblərə görə cərimələnib.
Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Vasitələri naziri Maksut Şadayev aprelin 18-də bildirib ki, onlar Vikipediyaya qadağa qoymağı “hələ” planlaşdırmırlar.
Şayəstə




