“Land Rover” brendi mövcud olmağı dayandıracaq. Belə ki, Britaniya avtomobil istehsalçısı genişmiqyaslı restrukturizasiya həyata keçirəcək.
Elchi.az Motor.ru-ya istinadən xəbər verir ki, “Jaguar Land Rover” öz adını dəyişəcək və brendlərindən birindən imtina edəcək.
Bu, istehsalçının kütləvi yenidən dizaynının bir hissəsi olacaq. Beləliklə, britaniyalılar “Land Rover” brendindən imtina edəcəklər, Tata konserninin brendləri almasından sonra ortaya çıxan “Jaguar Land Rover” adı isə deşifrə edilmədən JLR-yə çevriləcək.
Həmçinin, “Land Rover” “Range Rover Velar” kimi uzun model adlarından imtina etmək və “Jaguar” brendini dəbdəbəli elektrik avtomobillərinin istehsalına yönləndirmək də planlaşdırılır.
Yeganə






