Elchi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,Ədirnədən Yunanıstana açılan Pazarkule Sərhəd Qapısında alış-veriş üçün şəhərə gələn yunan turistlər uzun avtomobil növbəsi yaradıblar.
Yunanıstandan Ədirnəyə alış-veriş etmək üçün gələn gündəlik turistlərin sayını artırmaq üçün modernləşdirilmiş sərhəd keçidi giriş və çıxış olmaqla 2 platformanı 6-ya yüksəltdi. Bildirilir ki, tutumu 5 dəfə artırılan sərhəd qapısından gündə 1000 nəfər girib-çıxır. Gömrük rəsmiləri bu araşdırma ilə Yunanıstandan gələn turistlərin sayının artdığını bildiriblər.
Yunanıstanın Orestiada şəhərindən dostları ilə gələn Yanni Andonyani, “40 ildir ki, Orestiadadan Ədirnəyə gəlirəm. Qardaşlarım buradadır. Türkiyəni sevirəm. Ədirnədən alış-veriş edirik. 3 nəfərlə gəldik və biz alış-veriş üçün ən az 300 avro xərcləyəcəyik.” dedi.
Nuranə Məmmədova






